Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birbaşa aviareyslər açılacaq. 
   Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Fəhd bin Əli əl-Düsərinin sözlərinə görə, bu məqsədlə dekabrda iki ölkə arasında müvafiq müqavilə bağlanacaq. Sənəd dekabrda Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanacaq.
   Ölkəsinin Azərbaycanla əməkdaşlığa mühüm önəm verdiyini deyən səfir bildirib ki, birbaşa aviareyslər haqqında əməkdaşlıq sənədi MDB ölkələri arasında ilk olaraq məhz Azərbaycanla imzalanacaq. Diplomatın sözlərinə görə, birbaşa aviareyslərin açılması həm turizm, həm də iqtisadi-ticari əlaqələrin genişlənməsinə töhfə verəcək. Bundan təkcə Azərbaycan deyil, digər MDB ölkələri də faydalanacaq. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar