Sentyabrın 28-də Dünya Turizm Günü münasibətilə “Hilton Baku” mehmanxanasında aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sektoru nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcək.
   Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycanda turizmin inkişafı barədə məruzə ilə çıxış edəcək. Tədbirdə eyni zamanda mehmanxana və turizm fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) yeni yaradılmış elektron xidmət sistemi, Şahdağ Qış-Yay Turizm Kompleksi haqqında, Azərbaycan haqqında təəssüratların öyrənilməsi məqsədilə «İTB Berlin-2012» beynəlxalq turizm sərgisində keçirilən sorğunun nəticələrinin təqdimatı keçiriləcək. Bununla yanaşı, Bakı Turizm İnformasiya Mərkəzinin III Milli Turizm Mükafatının təqdimatı olacaq.
   Qeyd edək ki, hər il olduğu kimi, bu il də Dünya Turizm Günü münasibətilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi və «İçərişəhər» Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) giriş pulsuz olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar