Sentyabrın 27-də İsmayıllı rayonunda Dünya Turizm Günü münasibətilə tədbir keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan mərasimi rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov açaraq 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncama uyğun olaraq İsmayıllıda da çoxsaylı tədbirlər keçirildiyini vurğulayıb: “Son illər rayonumuzda turizmin inkişaf etdirilməsinə diqqət daha da artırılıb. 2012-ci ilin yanvarından rayon mədəniyyət və turizm şöbəsinin daxili imkanları hesabına turizm informasiya mərkəzi yaradılıb”.
   Şöbə müdiri bildirib ki, rayon ərazisində 1200 yeri olan 22 istirahət mərkəzi fəaliyyət göstərir. 2012-ci ilin müvafiq dövründə rayona gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artaraq 70 min nəfəri ötüb. Turistlərə rayon və onun tarixi haqqında geniş məlumatlar verilir, tarixi yerlərə ekskursiyaları təşkil olunur.
   İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev «İsmayıllı rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda çıxış edib. Rayonda fəaliyyət göstərən Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov bu sahədə görülən işlərlə bağlı çıxış edib. Tədbir konsert proqramı və turizm sərgisinə baxışla yekunlaşıb.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar