Yasamal rayon Heydər Əliyev Mərkəzində “Böyük lider Heydər Əliyev və mədəniyyətimiz” adlı tədbir keçirilib. Cəfər Cabbarlının Ev-Muzeyi ilə birgə təşkil olunan tədbirdə mədəniyyət, incəsənət və elm xadimləri, təhsil işçiləri, muzey və kitabxana əməkdaşları, məktəbli və tələbələr iştirak ediblər.
Tədbirdə Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Yasamal rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Nigar Hüseynova, mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva, Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Emin Babayev, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov və Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktor əvəzi Yeganə Məmmədovanın çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, Ulu öndər ədəbiyyat və mədəniyyətimizin inkişafını daim diqqətdə saxlayıb, qayğısını əsirgəməyib. Heydər Əliyevin respublikamızda muzey işinin təkmilləşdirilməsi və yeni muzey sisteminin qurulması, xatirə və ev-muzeyləri şəbəkəsinin yaradılması, gənc nəslin maarifləndirilməsi istiqamətində gördüyü işlər minnətdarlıqla yada salınıb.
Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Lamiyə Rəhimova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Milli Mədəniyyətin Təbliği” İB-nin sədri Jalə Cəfərova, “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Rzazadə məruzə ediblər.
Tədbirdə Nizami rayonu 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən “Gənc aktyorlar” dərnəyinin üzvləri Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Lalə