Xəbər verdiyimiz kimi, sentyabrın 16-22-də Türkiyənin Antalya şəhərində «İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə ekoturizmin inkişafı» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəliflik departamentinin əməkdaşı Vüsal Cabbarlı iştirak edib.

   Tədbirlə bağlı qəzetimizə məlumat verən C.Kəlbəliyev bildirdi ki, konfransda ölkəmizlə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Əfqanıstandanda nümayəndə heyətləri iştirak edirib. Tədbir çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iştirakçılara ekoturizm üzrə seminarlar təşkil olunub, turizmin bu istiqaməti üzrə görülən işlərlə bağlı məlumat verilib, müxtəlif təqdimatlar keçirilib.
   Qonaqlar Antalyanın «Körpülü Kanyon» milli parkına səfər ediblər. Nazirlik nümayəndəsinin sözlərinə görə, Türkiyədə 41 milli park var. Bunlardan 5-i Antalyada yerləşir. «Körpülü Kanyon» milli parkında tədbir iştirakçılarına infrastruktur və turistlərə göstərilən xidmətlər barədə məlumatlar veriblər.
   Konfransda C.Kəlbəliyev Azərbaycanda ekoturizmin inkişafı sahəsində görülən işlər, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi layihələr, ölkəmizdə mövcud olan ekoturizm marşrutları haqqında məruzə edib.
   Həmsöhbətimiz onu da qeyd etdi ki, Türkiyədə ekoturizm yüksək səviyyədə inkişaf edib. Burada milli parkların ərazilərində yaşayan insanlar arasında güclü maarifləndirmə işləri aparılır. Azərbaycanda da bu təcrübədən istifadə etməyin vacibliyini qeyd etdi.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar