Oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə «Ukraine International Travel Market» adlı beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edəcək. Heyətə şöbənin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, «Regea Travel», «Billur Tour», «Geo Travel», «Millennium Tourism & Congress DMC», «Gilan turizm», «Qranit AS» və «Safe Way» şirkətlərinin nümayəndələri daxildir.
   Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə nazirlik tərəfindən 48 kvadratmetrlik lövhə icarəyə götürülüb. Burada paytaxt Bakı və regionlarımızın turizm imkanlarını əks etdirən 30 adda reklam-çap məhsulları yerləşdiriləcək. Təbliğat materialları stendimizlə maraqlanan ziyarətçilərə paylanacaq. 

   Fəxriyyə