Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Dünya Turizm Günü münasibətilə Bakıda daxili turizm konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin, müxtəlif dövlət qurumları, turizm sektoru təmsilçilərinin iştirak etdiyi toplantıda müzakirə olunan məsələlərdən biri də yerlərdəki istirahət mərkəzləri və hotellərin ətraf mühitə təsiri ilə bağlı idi.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bu məsələ üzərində xüsusi dayanaraq bildirdi ki, son vaxtlar xüsusilə dəniz kənarında yerləşən turizm obyektləri tərəfindən çirkab sularının dənizə axıdılması və bunun nəticəsində həmin ərazilərdə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı nazirliyə siqnallar daxil olur: “Xəzər dənizi kənarında yerləşən və çirkab sularını dənizə axıdan hotellər və istirahət mərkəzləri bunun qarşısını almasa, onların fəaliyyəti dayandırılacaq”.
   Belə vəziyyətin ən çox ölkənin şimal sahillərində, o cümlədən Nabranda müşahidə olunduğunu bildirən Ə.Qarayev nazirliyin turizm şöbəsinə bu məsələyə nəzarət etməyi tapşırdı: «Bu tələb nəinki fəaliyyətdə olan, hətta tikilməkdə olan obyektlərə də şamil ediləcək, bununla bağlı ciddi tədbirlər görüləcək. Tikilməkdə olan obyektlərdə sanitar qaydalara əməl olunması ilə bağlı qurğuların olmaması həmin obyektin tikintisinin dayandırılması ilə nəticələnəcək”.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar