Oktyabrın 5-də Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər, Tələbə Həmkarlar təşkilatlarının və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. 
   Tədbiri ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov açaraq əlamətdar günün tarixindən danışıb. Bildirilib ki, 1994-cü ildən UNESCO tərəfindən təsis edilən bu gün dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Albaniya, Özbəkistan, Çin və Türkiyədə müəllimlərin peşə bayramı müxtəlif tarixlərdə qeyd olunur: «Hansı gün qeyd olunmasına baxmayaraq, müəllimlərə ehtiram və qayğı borcumuzdur» - deyən E.Aslanov institutun kollektivini bayram münasibətilə təbrik edib, onlara təhsil uğurları və cansağlığı arzulayıb. Tədbir ATİ tələbələrinin hazırladıqları xüsusi proqramla başa çatıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar