Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə Naxçıvanda yekun vurulub.
Festivala Naxçıvan MR üzrə 489 nəfər qeydiyyatdan keçib. İştirakçılar 19 nominasiya üzrə istedadlarını nümayiş etdiriblər. Seçim mərhələsində fərdi nominasiyalar üzrə 34 nəfər, kollektiv nominasiyalar üzrə 6 kollektiv müxtəlif səbəblərdən festivala qatılmayıb.
Xatırladaq ki, ümumilikdə 21 nominasiya üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir. Artıq bir neçə bölgədə birinci mərhələ başa çatıb.