Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi C.Cabbarlı adına Mədəniyyət evinin “Turan” milli rəqs qrupu (bədii rəhbər Eldar Nəsirli) Bakı şəhər Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən incəsənət olimpiadasında folklor janrı üzrə I yerin qalibi olub.

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin 1-ci sinif şagirdləri Əsra Bəbirova və Zərrin Quliyeva İsveçrədə onlayn keçirilən “Stars of the alps” beynəlxalq müsabiqəsində III yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə məktəbin skripka ixtisası üzrə müəllimi Urfulla Məmmədəliyev və fortepiano ixtisası üzrə müəllimi Gülnarə Rüstəmova hazırlayıblar.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə T.Mikayılov adına şəhər 5 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidi Samir Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Şagirdlər Vətənə, şəhidlərə, Qarabağa həsr olunmuş şeirlər söyləyiblər.

Masallı rayon Mərkəzi Kitabxanasında Tovuz döyüşlərinin (2020, iyul) şəhid mayoru Anar Novruzovun doğum gününə həsr olunan “Nəsillərə örnək qəhrəmanlıq nümunəsi” adlı tədbir keçirilib. Tədbirdə Əmirtürbə kənd ümumi orta məktəbinin VII sinif şagirdləri iştirak ediblər.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində uşaq strategiyası ilə bağlı Dövlət proqramına (2020-2030-cu illər) uyğun olaraq, “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Çıxış edənlər gələcəyimiz olan uşaqlara qayğı ilə yanaşmağın hər kəsin mənəvi borcu olduğunu bildirib, dövlət tərəfindən uşaqlara göstərilən xüsusi qayğı və diqqətdən danışıblar.

Ucar Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən həyata keçirilən “Muzey sizin bir addımlığınızda” layihəsi çərçivəsində növbəti sərgi təşkil edilib. A.Abdullayev adına Alpı kənd tam orta məktəbində gerçəkləşən sərgidə muzeyin əsas fondunda saxlanılan misgərlik, dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik əşyalar nümayiş etdirilib.

Daşkəsən rayon Mədəniyyət Mərkəzi və MKS-nin birgə təşkilatçılığı ilə “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” tədbir keçirilib. Qeyd olunub ki, hər bir valideyn bu mühüm məsələni diqqətdə saxlamalı, övladlarının alt şüuruna hansı informasiyanın ötürülməsinin fərqində olmalıdır.

Nurəddin