Xəbər verdiyimiz kimi, Lənkəranda fəaliyyət göstərən «Şəfəq» Ekoturizm İctimai Birliyi «Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması» layihəsinin icrasına başlayıb.
   
   Layihənin məqsədi ölkəmizdə turizm sənayesi üçün gənclər seçmək, onların məşğulluğunu təmin etmək, bu sahədə sahibkarlığın inkişafına dəstək olmaqdır.
   Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə 5 ay müddətində həyata keçiriləcək layihədə nəzərdə tutulan təlimlərdə iştirak etmək üçün 17-29 yaş arası 36 gənc seçiləcək və onlar 18 nəfərlik iki qrupa (bələdçi və qeydiyyat xidmətləri üzrə) bölünəcəklər. «Bələdçi xidməti sahəsində peşəkar gənclərin hazırlığı» mövzusunda 5 günlük təlim noyabrın 2-dən 6-dək Qəbələ rayonunda, «Qeydiyyatçı xidməti sahəsində peşəkar gənclərin hazırlığı» mövzusunda təlim isə noyabrın 30-dan dekabrın 4-dək Lerik rayonunda həyata keçiriləcək.
   Oktyabrın 6-da Astara Rayon Mərkəzi Kitabxanasında gənclərlə keçirilən görüşdə layihənin məqsədi və təlimlərin mahiyyətindən söz açılıb. Çıxış edənlər layihənin cənub bölgəsində ekoturizmin inkişafına töhfə olacağını bildiriblər. Qəbələ və Lerik rayonlarında keçiriləcək xüsusi təlimlərdə iştirak etmək arzusunda olan gənclərə müvafiq ərizə formaları verilib, onları maraqlandıran suallar cavablandırılıb.
   

    Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar