Ölkə Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli və 05.12.2008-ci il tarixli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayı ərzində bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Ümumilikdə 12 şirkət lisenziya alıb: "F.S Travel", "Metro Travel", "Gilan Turizm", "My Travel", "R-Travel and Tour", "USE Study Group", "Ran Tur Travel Agency", "Qafqaz Travel", "Az Tez Tour", “L.İ.S Group", "FT" və "Green Tour" MMC.
   Bundan əlavə, "Ran Tur" MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya ləğv edilib. "EURO-AZİA-AZ" MMC-yə verilmiş lisenziya isə "Carlton Travel Assistance" MMC adı ilə yenidən rəsmiləşdirilib.

 Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar