Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, hüquqi və fiziki şəxslərə turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi prosedurunun sadələşdirilməsi, turizm şirkətlərinin, mehmanxana və mehmanxana tipli obyektlərin elektron məlumat bazasının yaradılması məqsədilə oktyabrın 1-dən lisenziya alınması üçün sənədlərin elektron formada qəbulu başlanıb. Bu proses «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli fərmanına uyğun olaraq həyata keçirilir.
   Bununla əlaqədar turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlər müvafiq lisenziya almaq üçün 2013-cü il martın 31-dək həm ənənəvi, həm də elektron formada Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilərlər. Gələn il aprelin 1-dən isə sənədlərin qəbulu yalnız elektron formada həyata keçiriləcək.
   Turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlər elektron xidmətlərdən istifadə etmək üçün www.e-services.mct.gov.az elektron ünvanına müraciət edə bilərlər.
   

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar