Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunub. Qrupun tərkibində «Quaestor», «Cartour», «İbusz», «Neckermann», «Tensi», «Napi gazdasag», «GoUtazas Magazine», «Vista» turizm şirkətlərinin, «Türk Hava Yolları» şirkətinin və «Nepszabadsag», «RTL Klub», «Turizmus Trend Magazin», «İnfo Radio», «1000 Ut» kütləvi informasiya vasitələrinin nümayəndələri yer alıb. Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən «Alma» bayramına qatılıb, Xınalıq kəndinə səfər ediblər. İnfotur zamanı macar şirkətlərinin nümayəndələri ilə Azərbaycanın turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb.

  Fəxriyyə