Azərbaycan İstiqlal Muzeyində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı keçirilib.
İstiqlal Muzeyi və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən konsert proqramında Elm və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və Cəbrayıl rayon 7 saylı orta məktəb, rayon və Mahmudlu kənd Uşaq musiqi məktəblərinin şagirdləri maraqlı ifaları ilə “açıq qapı” günündə muzey ziyarətçilərinin zövqünü oxşayıb.
Ziyarətçilərə muzeydə qorunan eksponatlar haqqında ətraflı məlumat verilib.