“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə növbəti konsert təşkil edilib.
Mayın 19-da BMA-nın İxtisas fortepiano kafedrası muzeydə Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş konsert proqramını təqdim edib.
Proqramda Azərbaycan, Avropa və Rusiya bəstəkarlarının əsərləri səslənib. İfalar muzeyin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda slayd-şou ilə müşayiət olunub.
Tədbir iştirakçıları muzeydə “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı sərgi ilə də tanış olublar.