2012-ci ildə kurort mövsümünün ən məşhur ünvanları müəyyən olunub. «Kurort mövsümü zamanı insanların üstünlük verdiyi istiqamətlər hansıdır» sualı ilə keçirilən sorğu nəticəsində bu il də turistlər arasında İspaniya kurortları populyarlığı ilə seçilib. Turistlər əsasən bu ölkənin Kosta Dorada, Kosta Brava və Kosta Sol çimərliklərində istirahətə üstünlük verirlər. Sıralamada İspaniyadan sonra turistlərin ən çox üstünlük verdiyi ölkə İtaliya olub. Fransa, Krım və Kipr adası da müvafiq olaraq turistlərin seçim siyahısında yer alıblar.