Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi davam edir.

Layihə çərçivəsində bu günlərdə Ağdam Dövlət Dram Teatrının kollektivi ATXİ-nin qonağı olub. İttifaqın böyük zalında göstərilən “Şuşadan gələn səs” tamaşası maraqla qarşılanıb.

ATXİ-nin məsul katibi Aida Qafarovanın bildirdiyinə görə, layihə çərçivəsində iyunun 5-də Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Bakıya səfər edəcək. Həmçinin iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrının, iyulun 3-də isə Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfərləri təşkil olunacaq.