Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, tərcüməçi Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev mayın 25-də bu barədə sərəncam imzalayıb. Sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, mayın 26-da Elmira Axundovanın 70 yaşı tamam olur.
2018-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülən Elmira Axundova üç çağırış Milli Məclisin (2005-2020) deputatı olub. 2020-ci ildə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. Bu günlərdə səfir vəzifəsindən geri çağırılıb. 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Elmira Axundovanı əlamətdar yubileyi və yeni dövlət təltifi münasibətilə təbrik edirik.