Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı hər il müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir. Bu sərgilərdə ölkəmizin turizm imkanları müxtəlif reklam-çap materialları ilə nümayiş etdirilir. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər də nazirlik tərəfindən kirayələnmiş sahədə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edirlər.
   2012-ci ildə Azərbaycan 18 turizm sərgisində təmsil olunub. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, 2013-cü ildə ölkəmiz 20 beynəlxalq turizm sərgisində iştirak edəcək. Bunlar aşağıdakılardır: «Ferien Messe» - Vyana, Avstriya (10-13 yanvar); «The New York Times Travel Show» - Nyu-York, ABŞ (18-20 yanvar); «EMİTT» - İstanbul, Türkiyə (24-27 yanvar); «HT&T Iran Hotel, Travel & Tourism Show» - Tehran, İran İslam Respublikası (28 yanvar-1 fevral); «Fitur» - Madrid, İspaniya (30 yanvar-3 fevral); «BİT» - Milan, İtaliya (14-17 fevral); «İTB» - Berlin, Almaniya (6-10 mart); «İntourmarket» - Moskva, Rusiya (16-19 mart); «MİTT» - Moskva, Rusiya (20-23 mart); «UİTT» - Kiyev, Ukrayna (27-29 mart); «COTTM» - Pekin, Çin Xalq Respublikası (9-11 aprel); «Caucasus Tourism Fair» - Tiflis, Gürcüstan (12-14 aprel); «KİTF» - Almatı, Qazaxıstan (24-26 aprel); «ATM» - Dubay, Birləşmiş Ərəb Əmirlikləri (6 -9 may); «KOTFA» - Seul, Koreya, (30 may-2 iyun); «JATA» - Tokio, Yaponiya (20-23 sentyabr); «İTM Warsaw İnternational Travel Show» - Varşava, Polşa, (sentyabr); «Top Resa» - Paris, Fransa (24-27 sentyabr); «WTM» - London, İngiltərə (4-7 noyabr); «EİBTM» - Barselona, İspaniya (26-28 noyabr).

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar