Bir qrup aşpaza Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları verilib
Oktyabrın 20-də Bakıda Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə tədbir keçirilib.
Mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbiri qurumun direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov açaraq 2004-cü ildə İrlandiyanın Dublin şəhərində Dünya Kulinariya Konqresində təsis olunmuş Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 6-cı dəfə qeyd edildiyini bildirib.
Milli Kulinariya Mərkəzinin son bir ildə fəaliyyətinə nəzər salan T.Əmiraslanov regional mətbəxin öyrənilməsi üçün Şamaxı, Quba, İsmayıllı və Qəbələ rayonlarına ekspedisiyalar təşkil olunduğunu, mərkəz tərəfindən hazırlanmış 3 kitabın təqdimatının keçirildiyini nəzərə çatdırıb. Azərbaycanın milli kulinariya komandası 5 beynəlxalq tədbirdə uğurla çıxış edərək ölkəmizə 12 qızıl, 7 gümüş medal, 2 kubok və diplomlar gətirib.
Mərkəz direktoru qədim tarixi köklərə malik olan Azərbaycan kulinariyasının keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, bu il həm də Azərbaycan Milli Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatına (WACS) üzv olmasının 20 illik yubileyidir. 1991-ci ildə yaranmış Azərbaycan Milli Kulinariya Mərkəzi 1992-ci ildə, keçmiş SSRİ və türk dünyası dövlətlərindən əvvəl bu təşkilata üzv qəbul edilib. 1994-cü ildə Rusiya, 2000-ci ildə Ukrayna və Özbəkistan, 2008-ci ildə Qazaxıstan və Türkiyə WACS-a üzv olub.
T.Əmiraslanov Azərbaycanda milli mətbəx mədəniyyətinin və mədəni irsin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb, dövlət rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət göstərildiyini deyib: “Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz nümunədir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli-mədəni irs siyahısı hazırlanır. Siyahının yarıdan çoxunu kulinariya sahəsi təşkil edir. Bu gün ilk dəfə olaraq “Mədəniyyət haqqında” yeni qanun layihəsində mətbəx mədəniyyətinə yer verilib”.
Tədbirdə MDB məkanında məşhur olan azərbaycanlı kulinar Stalik Xankişiyevin kitabları təqdim edilib. Stalik Xankişiyev Azərbaycan mətbəxinin təbliğində və dünyada tanıdılmasında xidmətlərinə görə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin mükafatı ilə təltif olunub. «Usta aşpaz» adına layiq görülərək, Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü seçilib.
Digər çıxış edənlər zəngin mətbəx mədəniyyətimizin qorunub saxlanması və dünyada təbliğində kulinarlarımıza uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycanın bir qrup aşpazına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunub. Sonda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Fəxriyyə