Moldovanın paytaxtı Kişineudakı “Qafqaz əsiri” restoranında “Azərbaycan milli mətbəxi gecəsi” keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 21-ci ildönümünə həsr olunmuş tədbirdə diplomatik korpusun nümayəndələri, Moldovanın keçmiş prezidenti Pyotr Luçinski, Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Valentin Dedyu, parlamentarlar, diasporumuzun təmsilçiləri iştirak ediblər.
   Azərbaycan xalçaları, mis qablar və milli geyim nümunələri ilə bəzədilmiş restoranın qarşısında qonaqları milli Azərbaycan geyimində oğlan və qızlar qarşılayıblar. Tədbir iştirakçılarını Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev salamlayıb.
   Qonaqlara Azərbaycan mətbəxindən müxtəlif yeməklər və şirniyyat təklif olunub. Restoranın həyətində sac lavaş, qutab, kabab bişirilib. Paxlava, şəkərbura masaların bəzəyi olub.
   Gecədə milli musiqimiz səslənib, yerli müğənnilərin ifasında Azərbaycan mahnıları ifa edilib. Moldova Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş rəqs qrupu da rəngarəng proqramla çıxış edib.
   Tədbirin iştirakçılarına Azərbaycan, onun mədəniyyəti haqqında kitablar, jurnallar təqdim olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar