Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyət üzrə işçi qrupunun növbəti iclası keçirilib. 
   İclasda 9 üzv ölkə təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Xarici turizm sektorunun məsləhətçisi Səid Rüstəmov və ölkəmizin İstanbuldakı Baş konsulluğunun nümayəndəsi Kənan Murtuzov iştirak edib.
   Toplantıda QDİƏT ölkələrinin turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, marketinq-təbliğat işlərinin aparılması, regionda balneologiya, dəniz, sağlamlıq və digər turizm növlərinin inkişafı, QDİƏT regionunun brendinin, turizm informasiya mərkəzinin yaradılması, bu ölkələrdə viza rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və digər məsələlər müzakirə olunub.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar