Turizm İnstitutunda kadr hazırlığı mövzusunda təqdimat-dinləmələr keçirilib

   Azərbaycan Turizm İnstitutunda (ATİ) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) iştirakı ilə «Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının hazırlığı» mövzusunda təqdimat-dinləmələr keçirilib.
   
   Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbiri ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq ölkə iqtisadiyyatının dinamik inkişafında turizm sektorunun əhəmiyyətindən danışıb. İnstitutda kadr hazırlığı istiqamətində görülən tədris-təlim-tədqiqat işlərindən və qazanılan nəticələrdən ətraflı bəhs edən rektor ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət ayırdığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, turizm sahəsinin inkişafında peşəkar kadr hazırlığı başlıca amillərdən biridir: “Əmək bazarında turizm ixtisaslı ali təhsilli kadrlarla yanaşı, xidmət personalına da böyük ehtiyac var. Bu baxımdan institutumuzun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlaması günün reallığıdır. Bundan əlavə, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planında institutun nəzdində regional turizm peşə məktəblərinin yaradılması da nəzərdə tutulur. Belə məktəblərdən birinin ölkənin şimal-qərb bölgəsi rayonları üzrə yaradılması qərara alınıb. Bu məqsədlə bu ilin sentyabrında ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə həmin regional məktəbin əhatə edəcəyi 6 rayonda (Şəki, Balakən, Oğuz, Qəbələ, Qax və Zaqatala) turizm müəssisələri, onların kadr ehtiyacları məsələləri ilə bağlı yerli dövlət və özəl sektor nümayəndələrinin rəy və təkliflərinin öyrənilməsi üçün tədqiqat aparılıb».
   Rektorun sözlərinə görə, ölkənin şimal-qərb regionunda turizm peşə məktəbinin yaranması əhali tərəfindən razılıqla qarşılanıb. O, digər regional peşə məktəblərinin yaradılması ilə bağlı tədqiqatlar aparılacağını, Qusarda bu işə artıq start verildiyini diqqətə çatdırıb. Ümumilikdə isə regional turizm peşə məktəblərinin Zaqatala, Qusar, Şəmkir, Göygöl və Masallıda yaradılması nəzərdə tutulur.
   Tədbirdə Zaqatalada yaradılacaq məktəblə bağlı 6 rayonda keçirilən sorğu-tədqiqatlar barədə ətraflı məlumat verilib. Sonra turizm və regional inkişaf üzrə ekspert Ayke Ottonun, ATİ-nin Tədqiqat və İnkişaf şöbəsinin baş məsləhətçisi Julius Arneggerin, Avropa İttifaqının Peşə təhsili üzrə Tvinninq layihəsinin rəhbəri Rudiger Heyniqin təqdimatları dinlənilib. Həmçinin təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar