Mayın 29-da Heydər Əliyev Sarayında Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub.
Bu, gənc ifaçının sayca dördüncü, Heydər Əliyev Sarayında isə ilk böyük solo konsertidir. Müğənnini tarzən Məsim İslamovun rəhbərliyi ilə “Bayatı-türk” instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Azər Süleymanlı tədbir boyu hər musiqi nömrəsinin mətninə uyğun şair Vüqar Əhmədin şeirlərini səsləndirib.
Anşlaqla keçən konsertdə muğam, xalq, aşıq və bəstəkar mahnıları, eləcə də türk və estrada nəğmələri ifaçı tərəfindən peşəkarlıqla ifa olunub və sürəkli alqışlarla qarşılanıb.