Britaniya Nəşrlər Evi tərəfindən ingilis dilində çap olunan “Discovery-Central Asia” jurnalının son nömrəsində Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi, sənətşünaslıq doktoru Xədicə Əsədovanın “Azərbaycanda ipək istehsalı-Böyük İpək Yolunun məhsulu” adlı geniş məqaləsi dərc edilib. Nəşrin Daşkənddəki ofisindən verilən məlumata görə, məqalədə ölkəmizin ipək istehsal edən bölgələrindən, ipək toxuculuğu məktəblərinin xüsusiyyətlərindən geniş bəhs olunur. Müəllif ipəyin yalnız Azərbaycanda istehsal edilən kəlağayı, təkəlduz və başqa növlərindən, Vaşinqtondakı “Tekstil” və dünyanın digər böyük muzeylərində nümayiş etdirilən ipək nümunələrimizdən söhbət açır. Məqalədə ipək parça növlərini, ipəyə naxış vurma texnikasını əks etdirən fotolar da verilib.

  Fəxriyyə
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar