Noyabrın 6-dan 9-dək paytaxtımızda Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan «BakuTel-2012» sərgisi keçiriləcək.
   Bu il sərgidə Azərbaycan, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ - ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edəcək. Avstriya, Kanada, Xorvatiya və Fransadan gələcək şirkətlər isə sərgidə xüsusi milli pavilyonları ilə çıxış edəcəklər.
   Tədbirin təşkilatçısı olan «İteca Caspian» şirkətindən verilən xəbərə görə, “BakuTel-2012” sərgisində informasiya-kommunikasiya texnologiyaları üzrə bütün aktual format və istiqamətlər nümayiş etdiriləcək, ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyaları təqdim olunacaq.
   Sərgidə bu il təklif olunan yeniliklər arasında proqram təminatları, peyk rabitəsi və teleradio yayımları üçün texnologiyalar, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. Mobil operatorlar, eləcə də mobil telefon distribütorları sərgiyə ən son yeniliklər və xüsusi təkliflərlə qatılacaqlar.
   Sərginin əsas mövzularından biri də «Elektron hökumət» layihəsidir. İdentifikasiya (eyniləşdirmə) sənədləri və informasiya sistemləri təqdim edən «Edaps» konsorsiumu «BakuTel-2012» sərgisinin platin sponsorudur.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar