Noyabrın 7-dən 9-dək Bakıda «Royal» hotelində Dünya Turizm Təşkilatının (DTT) «2011 - 2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı»na uyğun olaraq növbəti regional seminar keçiriləcək. Seminarda Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın turizm və statistika üzrə qurumlarının, DTT-nin ekspertlərinin iştirakı nəzərdə tutulur.
   Azərbaycan tərəfi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti tərəfindən təmsil olunacaq.
   Qeyd edək ki, bu il martın 23-də İspaniyanın Madrid şəhərində Dünya Turizm Təşkilatı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında «2011 - 2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı»nın ölkəmizdə keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar