Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir...

 

İmişli rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil edilib. Ümummilli liderin 100 illiyi münasibətilə açılan sərgidə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunub.

Füzuli rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “Azərbaycan sevgisi...” adlı konsert proqramı keçirilib. İncəsənət ustalarının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon A.Cəbiyev adına Bico kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir, müstəqil Azərbaycan” adlı konsert proqramı keçirilib. Mərkəzin “Qönçə” xalq çalğı alətləri ansamblı solistlərinin ifalarında səsləndirilən bir-birindən rəngarəng mahnılar, məktəblilərin şeir kompozisiyaları və rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş V, VI, VII sinif şagirdləri arasında musiqi ədəbiyyatı fənnindən bilik yarışması keçirilib. Qalib komanda üzvlərinə diplomlar, digər iştirakçılara tərifnamələr verilib.

***

Gəncə Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Tarix yaradan insan” adlı tədbir keçirilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansamblı, Gəncə şəhər Uşaq incəsənət məktəbi vokal sinfinin şagirdləri musiqili proqramla çıxış ediblər. Proqramda xalq və bəstəkar mahnıları, eləcə də Ulu öndərin çox sevdiyi “Küçələrə su səpmişəm” və “Alagöz” mahnıları ifa olunub.

***

Göygöl rayon Xaqani kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Əbədi lider” adlı konsert proqramı keçirilib. Məktəbin şagird və müəllim kollektivi tərəfindən müxtəlif janrlarda musiqilər səsləndirilib.

***

Biləsuvar şəhər O.Əkbərov adına Uşaq incəsənət məktəbi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə konsert proqramı ilə çıxış edib.

***

Lənkəran RMİ və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Ulu öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Sonra məktəbin şagird və müəllim kollektivi tərəfindən konsert proqramı təqdim olunub.

***

Saatlı rayon Mədəniyyət Mərkəzi və Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Böyük ömrün anları” adlı intellektual yarış keçirilib. 6 komandanın iştirak etdiyi yarışda qalib komanda diplomla mükafatlandırılıb.

***

Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Çıxış edənlər həmkarlar təşkilatlarının inkişafında Heydər Əliyevin xidmətlərindən danışıblar.

Nurəddin