1-4 iyun tarixlərində Lənkəranda açıq havada uşaq kitabı festivalı keçirilib. Festival Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran RMİ və “Secret” kitab evinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə gerçəkləşib.
Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov sərgi ilə tanış olub, uşaqlarla söhbət edərək onları bayram günü münasibətilə təbrik ediblər.
Festivalda uşaq ədəbiyyatı nümunələrinin endirimli qiymətlərlə satışı həyata keçirilib. Bundan başqa, festival çərçivəsində uşaqlar üçün ustad dərsləri, “face-art”, əyləncəli və hədiyyəli oyunlar təşkil olunub.