Azərbaycan Turizm İnstitutunda təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilib. Tədbirdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov təhsil və təcrübənin əlaqələndirilməsi metodunun keyfiyyətli kadr hazırlığı prosesinə müsbət təsirindən danışıb. Qeyd olunub ki, institutun fəaliyyət strategiyasında bu amilə böyük önəm verilir.
   Tədbirdə bildirilib ki, aparılan hesabat-təqdimatın nəticələrinə əsasən 2007-2012-ci illər ərzində institut tələbələrindən 84 nəfər Türkiyə, ABŞ, İsrail, Yunanıstan, Ukrayna, Malta, Almaniya və Qazaxıstanda istehsalat, 100 nəfər Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Yunanıstanda yay tanışlıq təcrübəsində olub. 2011/2012-ci tədris ilində 130 tələbə kontingentinin böyük əksəriyyəti Bakıda, bir qismi isə Şəki, Quba, Qusar, Naxçıvan və digər bölgələrin turizm müəssisələrində, muzeylərdə, şirkətlərdə, 24 nəfər İsrail, Almaniya, Türkiyədə istehsalat təcrübəsi keçib. Tələbələrin istehsalat və yay tanışlıq təcrübəsi zamanı iş vərdişləri, kollektiv və müştərilərlə münasibətləri müvafiq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

   Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar