2013-cü ilin 6-10 mart tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək «İTB Berlin-2013» beynəlxalq turizm sərgisində Azərbaycan «Konqres və Mədəniyyət» tərəfdaşı kimi çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov sərgidə iştirakla bağlı hazırlıq işlərinin aparılması məqsədilə oktyabrın 16-dan 19-dək Berlində səfərdə olub.
   Səfər zamanı sərgi təşkilatçıları ilə görüşlər keçirilib, Azərbaycan stendinin yeri və ölkəmizin sərgidə iştirakı ilə bağlı digər məsələlər müzakirə olunub. Ölkəmizə ayrılmış 3 stendin yerləşəcəyi sərgi zallarına baxış keçirilib. Sərgidə Azərbaycan 112 kv.m.-lik əsas stendi ilə yanaşı, ekoturizm (21 kv.m) və mədəniyyət (33 kv.m) stendləri ilə də təmsil olunacaq. Sərgi günlərində Azərbaycan Forumu təşkil ediləcək, ölkəmizin turizm potensialının təqdimatı keçiriləcək.

   Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar