Ağdaş rayon Heydər Əliyev Mərkəzi tərəfindən şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbdə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda açıq dərs təşkil edilib.

***

Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Zəka və ağıl” bilik yarışmasının yekun turu keçirilib. Bərdə şəhər F.Muradov adına 7 nömrəli tam orta məktəbin şagirdləri I, şəhər 3  nömrəli tam orta məktəbin şagirdləri II, akademik Zərifə Əliyeva adına məktəb-liseyin şagirdləri isə III yerə layiq görülüblər.

Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Sən elə bir zirvəsən...” adlı hesabat konserti keçirilib. Şagirdlərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub. Məktəbin bir qrup müəllim və şagirdi regional idarə tərəfindən təltif edilib.

***

Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Biz Heydər nəvəsiyik!” adlı tədbir keçirilib. Mərkəzdə fəaliyyət göstərən akustik-klassik gitara dərnəyinin şagirdləri və digər dərnək üzvləri tərəfindən konsert proqramı təqdim olunub.

***

Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət evinin təşkilatçılığı, Sarvan kənd Folklor evi və Şorsulu kənd klubunun tərəfdaşlığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Qəlblərdə yaşayan öndər” adlı tədbir keçirilib.

***

Şəmkir şəhər Uşaq musiqi məktəbinin şagird və müəllim kollektivi tərəfindən Şəmkir Heydər Əliyev Mərkəzində konsert proqramı təşkil edilib. Bir-birindən maraqlı ifalar alqışlarla qarşılanıb. Sonda iştirakçılara təşəkkürnamə təqdim edilib.

Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbinin kollektivi tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib. Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.

***

Zaqatala rayon Mədəniyyət Mərkəzində “Mədəniyyətimizin hamisi Heydər Əliyev” mövzusunda tədbir təşkil edilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında söz açıb, dahi siyasətçinin mədəniyyətimizə qayğısından danışıblar.

Nurəddin Məmmədli