2013-cü il yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi (EMİTT) 17-ci dəfə qapılarını ziyarətçilərinin üzünə açacaq. EMİTT əhatə dairəsinə və iştirakçı sayına görə Avropanın ən nüfuzlu turizm sərgiləri sırasında yer alır. Sərgi regionun ən böyük turizm aynasıdır.
   17-ci sərgi Böyükçəkməcə Sərgi Mərkəzində, EKİN-TUROFED-TYD-nin əməkdaşlığı və TÜYAP-ın işbirliyi ilə gerçəkləşəcək. Tədbiri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Ticarət və Birja Palatası (TOBB) tərəfindən dəstəklənir.
   Sərgiyə 60 ölkədən 4500-dən çox iştirakçı qatılacaq. Stendlər 65 min kv.m sahəsi olan 11 zalda nümayiş olunacaq. Sərgini ümumilikdə 150 mindən çox insanın ziyarət edəcəyi gözlənilir. Qeyd edək ki, ölkəmiz də EMİTT sərgisində təmsil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar