11 ölkədən musiqiçilərin iştirakı nəzərdə tutulub

 

İyunun 15-dən 29-dək II Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək. Bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli məlumat verib.

Onun sözlərinə görə, festivalın açılışı 15 İyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Festivalda 11 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç, Almaniya) tanınmış musiqiçilərin iştirakı nəzərdə tutulub.

Əməkdar artist qeyd edib ki, festival günlərində paytaxtın musiqi salonlarında keçiriləcək konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq.

Qeyd edək ki, I Bakı Beynəlxalq Piano Festivalı 2022-ci ilin 20-27 may tarixlərində keçirilib.