“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2-6 noyabr 2012-ci il tarixində Qəbələ rayonunun Vəndam kəndindəki “Duyma” sağlamlıq və istirahət mərkəzində “Bələdçi xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı təlim keçirib. Beşgünlük təlimdə 15 rayonu təmsil edən 18 nəfər gənc iştirak edib.
   "Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması" layihəsi çərçivəsində gerçəkləşən tədbirdə qurumun sədri Vamiq Babayev layihənin əhəmiyyətindən danışıb. İştirakçılara təlim kursunun proqramında nəzərdə tutulan mövzular ətraflı şəkildə izah olunub, müzakirələr aparılıb. Təlim iştirakçılarının “Şahdağ” Milli Parkının İsmayıllı rayonun Buynuz kəndi ərazisinə təcrübə turu təşkil edilib.
   Qeyd edək ki, “Qeydiyyatçı xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı növbəti təlim kursunun 30 noyabr - 4 dekabr tarixində Lerik rayonunda həyata keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar