Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iyunun 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.
Proqramda İqor Stravinskinin “Simurq quşu” baletindən süita və Ayaz Qəmbərlinin “Piano və orkestr üçün konsert”i səslənib.
Konsertdən əvvəl musiqişünas Sara Timurova əsərləri proqramda yer alan bəstəkarlar haqqında məlumat verib, onların yaradıcılıqlarını müqayisəli təhlil edərək hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.
Sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə orkestr və solist – respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.