Azərbaycana il ərzində xarici ölkələrdən gələn turistlərin 90-95 faizi İçərişəhəri ziyarət edir. Bu barədə jurnalistlərə açıqlama verən Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun sözlərinə görə, İçərişəhərə yerli turistlər tərəfindən də böyük maraq var. Ölkənin müxtəlif bölgələrindən bu tarixi məkana çoxlu sayda turist gəlir.
   M.Cabbarov deyib ki, insanların İçərişəhərə cəlb edilməsini stimullaşdırmaq üçün qoruq ərazisində turistlər üçün fəaliyyət növlərinin sayını artırmaq lazımdır: «Əsas vəzifəmiz İçərişəhərdə turizm infrastrukturunu zənginləşdirməkdir. Hazırda Şirvanşahlar sarayının yeni formatda təqdimatı layihəsini həyata keçiririk. Güman edirəm ki, gələn ilin birinci yarısında bu layihə başa çatacaq və Şirvanşahlar sarayının muzey ekspozisiyası adına layiq şəkildə təqdim olunacaq”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar