Noyabrın 8-9-da «JW Marriot Absheron Baku» hotelində Türkiyə-Azərbaycan Sağlamlıq və Termal Turizmi üzrə I Bakı Beynəlxalq Konqres və İşbirliyi Günləri keçirilib. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə gerçəkləşib.
   
   İki ölkənin Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, sanatoriya və kurortları, turizm şirkətləri, habelə AMEA, Azərbaycan Sahibkarlar Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Turizm Assosiasiyasının nümayəndələri, Türkiyənin bəzi bələdiyyə qurumları, termal turizm müəssisələri təmsilçilərinin iştirak etdiyi tədbir maraqlı çıxışlarla zəngin oldu. Konfransda sağlamlıq turizminin gələcəyi, Azərbaycanda bu turizm istiqamətini inkişaf etdirməyin əhəmiyyəti və yolları, ölkəmizdə son illər estetik cərrahiyyə və diş implantasiyası sahəsində əldə edilən uğurlar müzakirə edildi.
   Tədbirin təşkilatçılarından olan «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, Türkiyə-Azərbaycan Sağlamlıq və Termal Turizmi üzrə Bakı Beynəlxalq Konqres və İşbirliyi Günlərinin hər il keçirilməsi nəzərdə tutulur: “İştirakçılar tədbirin yüksək səviyyədə təşkilindən və aparılan müzakirələrdən çox razı qaldıqlarını bildirdilər. Türkiyəli mütəxəssislər Azərbaycanın sağlamlıq turizmi sahəsində geniş potensiala malik olduğunu xüsusilə vurğulayırlar. Bizim də istəyimiz bu sahədə qardaş ölkənin təcrübəsindən yararlanmaq və dünyanın hər bir tərəfindən Azərbaycana turist axınına nail olmaqdır”.
   Həmsöhbətimiz bildirdi ki, növbəti tədbirlərdə iştirakçıların coğrafiyası daha da genişləndiriləcək. Gələcəkdə konqresə Gürcüstan, Rusiya, Orta Asiya ölkələrindən, Dubaydan nümayəndələrin dəvət ediləcəyi nəzərdə tutulur.
   R.Quliyev onu da qeyd etdi ki, tədbir iştirakçılarının şərəfinə geniş ziyafət verilib. Burada Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, xəstəxana və tibb mərkəzlərinin nümayəndələrinə, həmçinin təşkilatçılara xüsusi hədiyyələr təqdim edilib.

   Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar