Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə iyununun 14-də Azərbaycan İstiqlal Muzeyində “Millətə adanan ömür” adlı tədbir-sərgi keçirilib.
Tədbirdə Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev tarixi xidmətləri haqqında çıxışlar dinlənilib.
Sonda tədbir iştirakçıları muzeyin fondlarında qorunub saxlanılan, Ümummilli liderə məxsus hədiyyələrin ilk dəfə nümayiş olunduğu sərgi ilə tanış olublar.
Tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyi, “Bir könüllü” tələbə təşkilatı, DOST mərkəzinin könüllüləri və digər qonaqlar iştirak ediblər.
“Heydər Əliyev İli”nə həsr olunan sərgi ilin sonuna qədər davam edəcək.