Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi davam edir. ATXİ-dən verilən məlumata görə, layihənin növbəti iştirakçısı Mingəçevir Dövlət Dram Teatrı olacaq.

İyunun 19-da Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi ATXİ-nin səhnəsində Əli Əmirlinin “Varlı qadın” tamaşasını göstərəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Xatırladaq ki, bundan öncə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam və Gəncə teatrları Bakıda çıxış etmişdilər. İyulun 3-də Sumqayıt Dövlət Dram Teatrının paytaxta yaradıcı səfəri təşkil olunacaq.