Amerikalı mütəxəssislər təcrübələrini bölüşüblər
   
   Azərbaycan Turizm İnstitutunda müəllimlər üçün «Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi» adlı təlim keçirilib. Tədbir ATİ ilə Azərbaycan Turizm Assosiasiyası arasında müqaviləyə əsasən gerçəkləşib. Dörd gün davam edən təlim Amerika Hotelçilik və Yerləşdirmə Təhsili İnstitutu (The American Hotel & Lodging Education Institute - AHLEİ) təlimçilərindən Corc Ubbelohde tərəfindən aparılıb.
   Məlumat üçün qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası turizm və hotelçilik sahəsində kadr məsələləri ilə bağlı 2011-ci ildə AHLEİ ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin əsas məqsədi qonaqpərvərlik sənayesində təlim-tədrisin inkişafıdır.
   1953-cü ildə yaranan AHLEİ qonaqpərvərlik sənayesində təhsil, təlim və sertifikatlaşma istiqamətində fəaliyyət göstərir. İnstitutun başlıca fəaliyyət istiqaməti qonaqpərvərlik sənayesində təhsil-təlim və peşəkar sertifikatlaşma üzrə ilk mənbə rolunu qoruyub saxlamaqla yanaşı, müvafiq sənayenin ehtiyaclarını proqnozlaşdırmaqdır. Azərbaycan Turizm İnstitutunda ali təhsil ocağının 10 müəllimi dərs keçmə metodlarının öyrənilməsi, sillabusların hazırlanması, dərslərin keçirilməsində məqsəd, motivləşmə metodları və qiymətləndirmə, texniki avadanlıqlardan istifadənin vacibliyi istiqamətləri üzrə təlimdə xüsusi fəallıq göstəriblər. Təlimin sonunda müəllimlər imtahan veriblər.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar