İyunun 25-də “Yuğ” Dövlət Teatrında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Asılqan” adlı yeni tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında səhnələşdiriən tamaşa həyatlarının hər dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi hekayəsindən bəhs edir.
Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih çıxış edəcək. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti Məryəm Qələndərovadır.