M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının (ADAF) Kamera və Orqan Musiqisi Zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gitara musiqisi axşamı” adlı konsert keçirilib.

İyunun 16-da gerçəkləşən konsertdə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Zaur Məmmədov, Raul Hüseynov, Tunar Vəlizadə (hər üçü gitara) və “Sehrli simlər” ansamblı (bədii rəhbər Elmar Sultanov) çıxış edib.

Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi “Gənclərə dəstək” layihəsinin əsas məqsədi gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri ADAF-nin direktoru Xalq artisti Murad Adıgözəlzadə, koordinatoru Ayla Kərimova-Zəkəriyyədir.