«Divan Express Baku» müasir dizaynı və memarlığı ilə diqqəti cəlb edir
   
   Bakıda yeni dördulduzlu «Divan Express Baku» hoteli istifadəyə verilib. Memarlıq üslubu ilə diqqəti cəlb edən hotel Türkiyənin məşhur markası olan «Divan group»a daxildir.
   
   Müasir dizaynı ilə seçilən kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub, Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapıb. Hoteldə yüksək kateqoriyalı 62 geniş otaq, eləcə də fitnes-SPA mərkəzi, bar, sauna, buxarxana, türk hamamı qonaqların ixtiyarına verilib. Nömrələrdə qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib. Hotelin iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
   «Divan Express Baku»nun idman mərkəzində təlim məşqlərinin keçirilməsi mümkündür. Böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı hotelin restoranlarında qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər.
   Qonaqlar kompyuter, faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər. Hotel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərlərini planlaşdırmaq imkanı yaradır.
   «Divan Express Baku»nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir.
   Şəhərin mərkəzində yerləşən və müasir dizaynı ilə diqqəti cəlb edən hotel artıq ilk müştərilərini qəbul etməyə başlayıb. Bakıda beynəlxalq səviyyəli bu cür hotellərin tikilməsi ölkəmizdə turizmin inkişafı ilə bağlı istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin göstəricisidir. 
   

   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar