Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə Gəncə şəhərində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşən konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və ansamblın instrumental heyəti, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.
Bədii hissədən sonra ziyafət təşkil olunub. Konsertdən əldə edilən vəsait Ağdam rayonundakı Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.