Noyabrın 19-da Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandarın rəhbərlik etdiyi heyət Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqlara təhsil ocağının fəaliyyəti, xarici əlaqələri barədə ətraflı məlumat verib. Rektor Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə təhsil, tələbə-müəllim mübadiləsi, müştərək tədqiqatların aparılmasının da əhəmiyyətli olacağına inandığını deyib.
   Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandar rəhbərlik etdiyi təhsil müəssisəsində 13 fakültə, 4 institut, 12 peşə məktəbi, 16 araşdırma və tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, 33 mindən çox tələbənin təhsil aldığını bildirib. Universitet İtaliya, ABŞ, Qazaxıstan, Ukraynanın ali təhsil ocaqları, həmçinin Azərbaycanın Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
   Görüşün sonunda rektorlar C.Cəfərov və M.Harmandar ATİ ilə Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlığa dair protokol imzalayıblar.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar