Azərbaycan Turizm Assosiasiyası (AZTA) noyabrın 20-də yeni mehmanxana idarəçilik məktəbinin - Qonaqpərvərlik üzrə Biznes Məktəbinin (QBM) açılışını elan edib.
   
   AZTA-nın İdarə Heyətinin sədri Nahid Bağırovun qəzetimizə verdiyi məlumata görə, bu, Azərbaycanda qonaqpərvərlik sənayesinin birbaşa əlaqə, nəzarət və idarəetmə səviyyəsində müxtəlif peşə sertifikatları təklif edən ingilis dilində ilk təhsil proqramıdır. Amerikanın məşhur Mehmanxana üzrə Təhsil Assosiasiyasının (AHLEI) «İxtisas sertifikatları», Qonaqpərvərlik İdarəçiliyi Diplomu, «İkili diplom», eləcə də orta məktəb kurikulumu, Qonaqpərvərlik və Turizm İdarəçiliyi Proqramı məktəbin elmi konsepsiyasının tərkib hissəsi olacaq.
   N.Bağırov qeyd etdi ki, AZTA və AHLEI arasında 2011-ci ilin avqustunda razılaşma memorandumu imzalanıb. AZTA artıq SQT (Sertifikatlaşdırılmış Qonaqpərvərlik Təlimçisi) üzrə ilk seminarı təşkil edib. Burada da Azərbaycanın qonaqpərvərlik sənayesində keyfiyyətli işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə yeni təlimçilər çalışacaq.
   AZTA Azərbaycan Turizm İnstitutunun müəllimləri üçün ilk QSM (Qonaqpərvərlik üzrə Sertifikatlaşdırılmış Müəllim) seminarını təşkil edib. Mükafat qazandıran bu proqram dünyada qonaqpərvərliyi tədris edənlər üçün yeganə peşə inkişafı imkanıdır və tələbələrin tənqidi düşünmə qabiliyyətini möhkəmləndirmək, daha çox öyrənmə motivasiyasını təmin etmək üçün onlara imkanlar verir.
   Qonaqpərvərlik üzrə Biznes Məktəbi Bakının Nardaran qəsəbəsində, «Eksklüziv premium» kateqoriyalı istirahət ocağı olan məşhur «Sea Breeze» mehmanxanasının ərazisində fəaliyyət göstərəcək. Məktəbin direktoru George Ubbelohde qonaqpərvərlik sənayesi üzrə təcrübəli rəhbər, peşəkar təlimçi və beynəlxalq qonaqpərvərlik sənayesi üzrə bir neçə ölkədə akademik təcrübəyə malik pedaqoqdur.
   O, qəzetimizə açıqlamasında bildirdi ki, yeni yaradılan tədris ocağı regionda qonaqpərvərlik sahəsində peşəkar təhsil üzrə aparıcı təminatçı kimi inkişaf etdirməyi qarşıya məqsəd qoyub: «Komandamız tələbələrə təlim keçərək onların peşəkar inkişafını gücləndirməyi, eləcə də onları Azərbaycanın qonaqpərvərlik biznesləri ilə əlaqələndirməyi səbirsizliklə gözləyir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar