Azərbaycana daha çox 4 qonşu ölkədən - Rusiya, Gürcüstan, Türkiyə və İrandan turist gəlir. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə açıqlamasında bildirib. Azərbaycanlı turistlər isə əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirliyi (Dubay), Rusiya və Gürcüstana səfər edirlər.
   N.Səmədov onu da nəzərə çatdırıb ki, hazırda Azərbaycanda 211 turizm şirkəti lisenziya ilə fəaliyyət göstərir. Bir neçə il əvvəl ölkədə 200-300 hotel olduğu halda, bu ilin ilk 6 ayının məlumatlarına əsasən, ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506-ya çatıb.
   

  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar