Мüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor Əməkdar artist Əyyub Quliyev) konserti keçirilib.
İyunun 20-də gerçəkləşən musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri də olub.
Konsertdə orkestrin müşayiəti ilə Xalq artistləri Ülviyyə Hacıbəyova, Yeganə Axundova, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və Prezident təqaüdçüsü Vurğun Vəkilov (hamısı piano) çıxış ediblər.
Qərbi Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunan konsert alqışlarla qarşılanıb.